Saytımıza xoş gəlmisiniz
Lavinia

Karyera

Komandamıza qoşulun

Lavinia Cake hər gün Bakı və Abşerondakı otel, restoran, kafe və mağazalar üçün təzə məhsullar hazırlayır. Bu işi dəqiqliyi, səliqəni və komanda işini sevən insanlar mümkün edir.

Biz istehsalat, qənnadı, logistika və satış sahələrində yeni həmkarlar axtarırıq. Təcrübəniz az olsa belə, öyrənməyə hazırsınızsa, sizə iş yerində təlim veririk.

Təklif edirik: rəsmi əmək müqaviləsi, sabit iş qrafiki, təmiz və müasir istehsal sahəsi, peşəkar inkişaf imkanı.

CV-nizi [email protected] ünvanına göndərin